ABŞ prezidenti Donald Tramp gələn həftə kimi Rusiya prezidenti Vladimir Putinlə şəxsən görüşmək niyyətindədir, bundan sonra isə Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırır.
Milletinsesi.info “The New York Times”a istinadən xəbər verir ki, Donald Tramp planlarını Avropa liderləri ilə telefon danışığında açıqlayıb.
Nəşrin yazdığına görə, görüşlər avropalı həmkarları olmadan keçiriləcək.
Mənbələrin nəşrə verdiyi məlumata görə, Rusiya və Ukrayna arasında zorakılığa son qoymaq məqsədi daşıyan görüşlərdə koordinasiya rolunu oynamağa çalışan Avropa liderləri Trampın bəyanatı ilə razılaşdıqları görünür.
Bugünkü telefon danışığında Zelenski ilə yanaşı, Böyük Britaniya lideri, Almaniya kansleri və NATO-nun baş katibi, həmçinin vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff da iştirak ediblər. (Ölkə.az)