Məşhur şahmatçıya 9 il həbs cəzası verildi

 19-07-2025

Rusiyalı şahmatçı və qrossmeyster Sergey Karjakin Ukraynanın Çernovtsı şəhərinin rayon məhkəməsinin qərarı ilə qiyabi olaraq 9 il müddətinə azadlıqdan məhrum edilib.

Milletinsesi.info xəbər verir ki, Karyakin “Ukraynanın ərazisini və ya dövlət sərhədini zorla dəyişdirmək məqsədi ilə törədilən hərəkətləri maliyyələşdirməkdə” ittiham olunub.

Simferopoldan olan Sergey Karjakin Dünya Kubokunun qalibi (2015), rapid (2012) və blits (2016) üzrə dünya çempionudur. 2022-ci ilin martında Karjakin Rusiyanın işğalçı müharibəsinə dəstək verdiyi üçün altı ay müddətinə yarışlardan kənarlaşdırılmışdı.

 

Bənzər yazılar

0.069234848022461