Daha bir qazi İNTİHAR EDİB

 27-09-2022

Vətən müharibəsi iştirakçısı intihar edib.

Bu barədə qazinin yaxınları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd olunur ki, əslən Cəbrayıldan olan qazi Firudinli Firudin Ceyhun oğlu ötən gün – sentyabrın 26-da özünü asaraq intihar edib.

O, Prezident İlham Əliyevin sərəncamı ilə Xocavəndin və Füzulinin “azad olunmasına görə” medalları ilə təltif edilmişdi.

Onun Vətən müharibəsindən sonra intihar edən 44-cü qazi olduğu bildirilir.

Bənzər yazılar

0.20056915283203