Azərbaycan Vətən müharibəsində şəhid olan QƏHRƏMAN ÖVLADLARINI YAD EDİR

 27-09-2022

Səhər saatlarından əhali İkinci Şəhidlər xiyabanına axın edir. Nazirliklərin rəsmi şəxsləri, millət vəkilləri Fəxri xiyabanda şəhidləri ziyarət edirlər.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmri ilə qüdrətli Ordumuz 2020-ci il sentyabrın 27-də torpaqlarımızın azadlığı uğrunda mübarizəyə başladı. Rəşadətli Azərbaycan Ordusu 30 il işğalda qalan əraziləri sürətlə düşmən tapdağından təmizlədi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı 44 gün davam etdi, noyabrın 9-dək beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edildi.

Azərbaycan 44 günlük müharibədə 2908 şəhid verib, altı nəfər isə itkin düşüb. 

Photostock.az İkinci Şəhidlər xiyabanından kadrları qeydə alıb.

Bənzər yazılar

0.19750785827637