Öcalan, hazırkı mərhələnin tarixi olduğunu bildirib.
“Hazırkı mərhələ yeni addımlarla praktikaya keçməyi zəruri edir. Parlamentdə yer alan DEM və digər partiyalar bu prosesin (PKK üzvlərinin silah buraxması və təşkilatın ləğv olunmasının tamamlanması – red.) uğurla nəticələnməsi üçün öz üzərlərinə düşəni yerinə yetirəcəklər”, - deyə Öcalan bildirib.
O, Türkiyə Böyük Millət Məclisində (TBMM) bununla bağlı qurulması planlaşdırılan komissiyanın prosesdəki rolunun əhəmiyyətinə də toxunaraq əlavə edib:
“Atılan addımların boşa çıxmayacağını bilirəm. Səmimiyyəti görür və güvənirəm”.
Qeyd edək ki, sabah – iyulun 10-da PKK-nın silah buraxma mərasimi baş tutacaq və proses başlayacaq.
Sözügedən videomüraciəti təqdim edirik: