Türkiyənin Azərbaycandakı səfiri Tərtərə səfər edib.
Səfər çərçivəsində Cahit Bağçı Türkiyə səfirliyinin və Qızıl Aypara Cəmiyyətinin birgə dəstəyi ilə məcburi köçkün ailələrinin övladları üçün quraşdırılan müxtəlif əyləncə qurğularının açılışı mərasimində iştirak edib.
Səfir bu barədə öz “Twitter”ində məlumat verib.
“Qarabağın ermənilər tərəfindən işğalı nəticəsində minlərlə şəhid verib öz doğma yurdlarından didərgin düşərək Tərtərdə, Ağdamda, Füzulidə yaşayan bacı-qardaşlarımızın övladları üçün 16 kənd məktəbində müxtəlif oyun qurğularını quraşdırıb onları sevindirdik. Qayıdışda da sizin yanınızda olacağıq”, - Cahit Bağçı qeyd edib.