Azərbaycanda hansı bölgədə nə qədər bankomat var? – Siyahı

 28-06-2025

Bu ilin may ayına olan məlumata görə, ölkə üzrə fəaliyyət göstərən bankomatların ümumi sayı 3 416 ədəd olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlar istinadən xəbər verir ki, ən çox bankomat Bakı iqtisadi rayonunda (1 828 ədəd) yerləşir.

Bu, ölkə üzrə bankomatların yarıdan çoxunun paytaxtda cəmləşdiyini göstərir.

Bakıdan sonra ən yüksək göstəricilər Abşeron-Xızı (239 ədəd), Gəncə-Daşkəsən (178 ədəd) və Şəki-Zaqatala (147 ədəd) iqtisadi rayonlarında qeydə alınıb.

Ən az bankomat isə Şərqi Zəngəzur iqtisadi rayonundadır – cəmi 15 ədəd.

İqtisadi rayonlar üzrə bankomatların sayı aşağıdakı kimi olub:

  1. Bakı iqtisadi rayonu – 1 828
  2. Abşeron-Xızı iqtisadi rayonu – 239
  3. Gəncə-Daşkəsən iqtisadi rayonu – 178
  4. Şəki-Zaqatala iqtisadi rayonu – 147
  5. Mərkəzi Aran iqtisadi rayonu – 146
  6. Qazax-Tovuz iqtisadi rayonu – 138
  7. Quba-Xaçmaz iqtisadi rayonu – 126
  8. Qarabağ iqtisadi rayonu – 124
  9. Lənkəran-Astara iqtisadi rayonu – 119
  10. Şirvan-Salyan iqtisadi rayonu – 113
  11. Naxçıvan iqtisadi rayonu – 98
  12. Mil-Muğan iqtisadi rayonu – 87
  13. Dağlıq Şirvan iqtisadi rayonu – 58
  14. Şərqi Zəngəzur iqtisadi rayonu – 15


Elnur Əli

Bənzər yazılar

0.071743965148926