Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Həyat 22 Corp” MMC (VÖEN-1506015001) olub.
Yeniavaz.com xəbər verir ki, "Həyat 22 Corp” MMC FHN-nin sifarişi əsasında Nazirliyə müxtəlif atributlar satacaq və qarşılığında 193 min 999 manat 50 qəpik alacaq.
Məlumat üçün bildirək ki, "Həyat 22 Corp” MMC tender elanından cəmi 18 gün əvvəl – 01.08.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. FHN-nin tender elanı 18.08.2022-ci il tarixində elan olunub.
Onu da bildirək ki, "Həyat 22 Corp” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi 18 ay əvvəl yaranan və 194 min manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135 ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi İsmayılov Səddam Azər oğludur.
Maraqlı məqamlardan biri də odur ki, ötən ilin dekabr və bu ilin yanvar-fevral aylarında "Həyat 22 Corp” MMC-nin dövlət qeydiyyatına alındığı ünvanda yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir neçəsinin qanuni təmsilçisi də eyni şəxslər olub.
Onu da qeyd edək ki, bu şirkətləri birləşdirən təkcə onların eyni ünvanda qeydiyyatda olması deyil, eyni zamanda şirkət adlarındakı bənzərlik də bu şirkətlərin bir-birilə hansısa əlaqələrinin olduğunu göstərir.
Cəmi 3 ay ərzində - ötən ilin dekabr və bu ilin yanvar-fevral aylarında “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135” ünvanda qeydə alınan şirkətlər bunlar olub:
Qeyd edək ki, “Nərimanov rayonu, Ağa Nemətulla, ev 56, m. 105/135” ünvanda qeydə alınan şirkətlər daha əvvəl də FHN-nin və digər qurumların keçirdiyi tenderlərdə qalib olublar.