Təltif edilənlərdən biri Aqil Səlim oğlu Qurbanov nazir müavinidir

 25-06-2025

Prezident İlham Əliyevin Sərəncamına əsasən, bu gün 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunanlardan biri də Aqil Səlim oğlu Qurbanovdur.

MilletinSesi.info xəbər verir ki, 39 yaşlı A.Qurbanov 2022-ci ildən Prezident İlham Əliyevin Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin edilib.

2023-cü ildən dövlət başçısının növbəti Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

2023-cü ildən etibarən isə müdafiə nazirinin müavini - Baş direktor vəzifəsindədir.

Ailəlidir. İki övladı var.

 

Bənzər yazılar

0.064102172851562