Prezident İlham Əliyev Mingəçevirdə Çen Qianqı qəbul edib

 24-06-2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Çinin "Dongfang Electric International Corporation" Şirkətinin İdarə Heyətinin sədri Çen Qianqı qəbul edib.

MillətinSəsi.İnfo AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə "Dongfang Electric International Corporation" şirkətinin "8 Noyabr" elektrik stansiyasının inşasında iştirakının roluna toxunulub, Azərbaycanla Çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkli çəkdirilib.

Bənzər yazılar

0.066845893859863