Prezident Mingəçevirdə İES-ə atılan raketin düşdüyü ərazidə

 24-06-2025

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə "Azərbaycan" İstilik Elektrik Stansiyasının ərazisində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

MillətinSəsi.İnfo AZƏRTAC-a istinadən xəbər verir ki, sonra dövlətimizin başçısı "8 Noyabr" elektrik stansiyasının açılış mərasimində iştirak edən qonaqlarla görüşüb, onlarla söhbət edib. Söhbət zamanı bu stansiya layihəsinin əhəmiyyəti vurğulanıb. İtaliya və Çin şirkətlərinin bu layihədə iştirakının önəminə toxunulub. İşlərin qısa müddət ərzində yekunlaşması məmnunluqla qeyd edilib.

Dövlət başçısı və qonaqlar Vətən müharibəsi zamanı Ermənistan tərəfindən “Azərbaycan” İstilik Elektrik Stansiyasına atılan raketin düşdüyü əraziyə baxıblar.

Qeyd edək ki, 2020-ci il oktyabrın 4-də stansiyanın ərazisinə böyük dağıdıcı qüvvəyə malik “Smerç” reaktiv yaylım atəşli raket atılıb. Raket 6-cı və 7-ci enerji bloklarının arasındakı sahəyə düşüb. Bundan başqa, 2020-ci il oktyabrın 11-də ikinci dəfə atılan raket isə İdarəetmə Mərkəzinin yaxınlığına düşüb. Müvafiq müdafiə sistemlərinin qabaqlayıcı tədbirləri nəticəsində atılmış raketlər zərərsizləşdirilib.

mineeg

Bənzər yazılar

0.072172880172729