"Bazarstore" qiymət fərqinə görə cərimələnib

 18-06-2025

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna əsasən "Bazarstore" MMC barəsində inzibati xəta protokolu tərtib edib.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.

Şirkətin məhsulu üzərindəki qiymətdən daha yüksək məbləğə satdığı aşkarlanıb və bu hal İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə (Malın qiyməti üzrə istehlakçının az miqdarda aldadılması) uyğun olaraq inzibati xəta kimi qiymətləndirilib.

Bənzər yazılar

0.067156791687012