Hidayət Heydərov Dünya çempionatının ilk görüşündə uduzdu

 15-06-2025

Olimpiya, dünya və Avropa çempionu, Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında tatamiyə çıxıb.

MillətinSəsi.İnfo xəbər verir ki, 27 yaşlı idmançı ilk görüşdə məğlub olub.

Hidayət Heydərov 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.

Bu gün, həmçinin Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.

Bənzər yazılar

0.072422027587891