Azərbaycanın Əməkdar rəssam azadlığa buraxıldı

 30-03-2022

Prokurorluq orqanları tərəfindən saxlanılan əməkdar rəssam Rəşad Ələkbərovun həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

MillətinSəsi.info xəbər verir ki, bu barədə onun vəkili Adəm Məmmədov məlumat yayıb.

Belə ki, Binəqədi Rayon Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub və R.Ələkbərov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Azərbaycanın Əməkdar rəssamı həbs edilməsi ilə bağlı məlumat vəkil Adəm Məmmədov tərəfindən verilmişdı. O bildirmişdi ki, Ələkbərov Rəşad Böyükağa oğlu prokurorluq əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R.Ələkbərov Azərbaycanın Əməkdaş rəssamıdır.

Bənzər yazılar

0.20056295394897