Qızları Türkiyədə fahişəliyə məcbur edən qadın HƏBS EDİLDİ

 24-09-2022

İnsan Alverində şübhəli bilinən qadın azadlıqdan məhrum edilib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən Lent.az-a verilən xəbərə görə, insan alveri cinayətində şübhəli bilinən Təranə Qarayevanın qadınların etibarından, köməksiz vəziyyətindən sui-istifadə edərək istismar məqsədilə Türkiyəyə aparması faktı ilə bağlı DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Qadınları cinsi İstismara məruz qoyma faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 144-1 (İnsan alveri) maddəsilə cinayət işi istintaqı tamamlanaraq Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Təranə Qarayeva 8 il azadlıqdan məhrum edilib.

Bənzər yazılar

0.14540886878967