Ermənistan hakimiyyəti sərhəddəki döyüşlərdə ölən hərbçilərin ailələrinə təzyiq göstərir.
Belə ki, Ermənistan KİV morqlarda hələ də şəxsiyyəti müəyyən edilə bilməyən hərbçilərin cəsədləri olduğunu yazır. Ermənistan hökuməti həmçinin artıq şəxsiyyəti müəyyən edilmiş cəsədlərin dəfni zamanı ailələrə xüsusi göstəriş verir.
Müvafiq göstəriş ölənlərin “Erablur” panteonunda dəfn edilməməsinə əsaslanır. Çünki hökumət panteonun daha da “genişlənməsi”ni istəmir, süni şəkildə döyüşlər zamanı verilən ağır itkiləri ört-basdır etməyə çalışır. Buna görə də, ailələrə cəsədləri ölkənin başqa ərazilərindəki məzarlıqlarda basdırmaq göstərişi verilir.
Mənbə: İravnuk