Bakı-Quba yolunda AĞIR QƏZA: Ölən və çox sayda yaralı VAR

 22-09-2022

Şabran rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aygünlü kəndi ərazisində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Baş vermiş qəzada xəsarət alan 17 nəfər TƏBİB-in tabeliyində fəaliyyət göstərən Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1 nəfər ölüb, 2 nəfər Kliniki Tibbi Mərkəzə göndərilib.

Hazırda 14 nəfərin müalicəsi Şabran Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə və Reanimasiya şöbələrində davam etdirilir.

Şabranda baş verən qəzada xəsarət alanların adı məlum olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi zamanı 1957-ci il təvəllüdlü Ələkbərov Adil Ələkbər oğlu dünyasını dəyişib.

Xəsarət alan şəxslərin adı aşağıdakı kimidir:

Dostuyeva Zöhrə Hüseynağa qızı (1958);

Əliyeva Xuraman Paşa qızı (1974);

Cəfərova Zülfiyyə Kərim qızı (1965);

Əliyev Sərxan Əmiraslan oğlu (1967);

Qasımova Şəfəq Kazım qızı (1976);

Məmmədova Validə Rzaqulu qızı (1974);

Məmmədov Fərid Mehman oğlu (1989);

Əsgərov Ramiz Əjdər oğlu (1956);

Seyidov Qasım İsmayıl oğlu;

Ağarzayev Siracəddin Nurulla oğlu (1959);

Məmmədova Məhəbbət Abdulhüseyn qızı (1970);

Mədətova Cəmilə Nəbi qızı (1980);

Qəmbərova Reyhan Rzaqulu qızı (1965);

Kərimov Fikrət Tofiq oğlu (1966);

Məmmədova Təranə Abdul qızı (1977);

Əsgərova Məhbubə Ağamurad qızıdır (1961).

Xəsarət alan şəxslər Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

İki nəfərin vəziyyəti ağır olduğundan Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərilib.

Şabran rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alan 14 nəfərin müalicəsi TƏBİB-in tabeliyindəki Şabran Rayon Mərkəzi Xəstəxanasında aparılır.

TƏBİB-dən Lent.az verilən xəbərə görə, xəstəxanaya yerləşdirilən şəxslərin diaqnozları əsasən döş qəfəsinin travması, çox saylı qabırğa sınıqları, kəllə-beyin travmaları, üz, baş, bədən nahiyələrində olan yaralar və s. ilə bağlıdır.

Xəsarət alan şəxslərin müalicələri tibb müəssisəsinin Reanimasiya və Cərrahiyyə şöbələrində aparılır. Onlardan birinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağırdır.

Xəstəxanaya yerləşdirilən 2 nəfər isə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə təxliyyə edilir.

Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.

Bənzər yazılar

0.14256191253662