Bakı Nəqliyyat Agentliyi (BNA) Türkiyədən yeni avtobuslar gətirsə də, Bakının qəsəbə və kəndləri onların üzünü görməyib, köhnə nəqliyyat vasitələrinin ümidinə qalıb.
"Azadlıq Radiosu"nun yaydığı məlumata görə, Bakı şəhəri, həmçinin ətraf qəsəbə və kəndlərdə daşıyıcı şirkətlər arasında ciddi pərakəndəlik, qeyri-sağlam, anormal vəziyyət var. Belə ki, borca girərək, kredit götürərək avtobus parkını yeniləyən daşıyıcı şirkətlər də, istifadə müddətini başa vurmuş avtobuslarla sərnişin daşıyan şirkətlər də adam başına eyni qiymətə - 30 qəpiyə sərnişin daşıyır.
Elə daşıyıcı şirkətlər var ki, avtobus parkını yeniləmək onlar üçün mümkün deyil. Bunun əsas əziyyətini də sərnişinlər çəkir, isti yay günlərində uzaq məsafələri istifadə müddətini başa vurmuş köhnə və kondisionersiz avtobuslarda getməli olurlar. Xəbərdə yer verilən ekspert rəyinə görə, Bakıda metro xidməti dövlət dotasiyası ilə işlədiyi kimi avtobus nəqliyyatında da bu sistem tətbiq edilməlidir.
Mətbuat orqanının əməkdaşı "BakuBus" MMC-nin deposuna baş çəkib və onlarla avtobusun orada "tozlandığının" şahidi olub.
Daha ətraflı: