İranda güclü partlayış – Ən azı 516 yaralı var

 26-04-2025

İranın Bəndər Abbas şəhərindən 23 km qərbdə, Fars körfəzi sahilində yerləşən Şəhid Rəcai dəniz limanında  baş verən güclü partlayış nəticəsində yaralananların sayı 516-ya çatıb.

MillətinSəsi.İnfo “Fars” xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Fövqəladə Hallar Xidmətinin Hörmüzqan əyalətindəki nümayəndəsi məlumat verib.

O, partlayışın səbəbinin məlum olmadığını bildirib.

Təcili yardım xidmətləri yanğını söndürmək üçün helikopterlərdən istifadə etməyə başlayıb. Partlayış həmçinin liman binalarından birinin uçmasına səbəb olub.

Şahidlərin sözlərinə görə, partlayışın gücü o qədər şiddətli olub ki, onu Bəndər Abbas və Qeşm adasının sakinləri hiss ediblər.

Bütün limanın fəaliyyəti dayandırılıb. İlkin məlumata görə, partlayış təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda baş verib .

IRIB telekanalının məlumatına görə isə, yanacaq çəni partlayıb.

Ölənlər haqqında məlumat yoxdur.

Partlayış əyalətin paytaxtı Bəndər Abbasdan cəmi bir kilometr aralıda yerləşən limanda inzibati binaya ziyan vurub. Həmçinin, limandakı avtomobillərə də ziyan dəyib.

Qeyd edək ki, İranın cənubunda körfəz sahilində yerləşən Bəndər Abbas şəhəri Hörmüzqan əyalətinin mərkəzidir.

Bənzər yazılar

0.069123983383179