Kobi Brayantın forması 7 milyon dollara satıldı

 26-04-2025

“Los Angeles Lakers”in əfsanəvi basketbolçusu Kobi Brayantın forması Nyu-Yorkda (ABŞ) “Sotheby's” hərracında 7 milyon dollara satılıb.

Yeniavaz.com “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə hərrac evinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, o bu formanı müntəzəm mövsüm debütündə geyinib.

Satışın Brayant kolleksiyası üçün rekord olduğu deyilir. Belə ki, bundan əvvəl onun “Ən Dəyərli Oyunçu” seçildiyi 2007-08 mövsümündə imzaladığı forması 5,85 milyon dollara satılıb.

Kobi 5 qat NBA çempionu və 18 dəfə “All-Star” olub. O, həmçinin ABŞ komandasının tərkibində ikiqat Olimpiya çempionluğunu qazanıb.

Kobi 1996-2016-cı illərdə “Los Angeles Lakers”da çıxış edib. Əfsanəvi oyunçu 26 yanvar 2020-ci ildə helikopter qəzasında dünyasını dəyişib.

Bənzər yazılar

0.062592029571533