Abşeron rayonu, Masazır kəndi ərazisində sahibsiz itlər yoldan keçən sakinə hücum edib.
Oxu.Az xəbər verir ki, hadisə "Qurtuluş-93" yaşayış massivində qeydə alınıb.
Belə ki, yolu keçən sakin sürü ilə gəzən küçə itlərinin hücumuna məruz qalıb.
Sakinlər bildirirlər ki, kənd ərazisində sahibsiz itlər çox tez-tez ətrafdakı insanlara hücum edirlər.