Telefonu şarja taxanda EV PARTLAYIB: 23 yaşlı oğlan ÖLÜB

 22-09-2022

Masallının Mollahəsənli kəndində bir mərtəbəli yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan Cəfərov Kamran Həsən oğlu ötən axşam Bakıda 5 nömrəli Şəhər Klinik Xəstəxanasında vəfat edib.

“Kriminalqafqaz”ın məlumatına görə, sözügedən hadisə sentyabrın 17-də Dünyaxanım Cəfərovaya məxsus fərdi yaşayış evində baş verib.

Məlumata görə, partlayışa qaz sızması səbəb olub. Belə ki, gecə evdə qaz sızması olub. 23 yaşlı Kamran səhər yuxudan oyanan zaman telefonu şarja taxıb və bu zaman elektrikdən çıxan qığılcım partlayışla nəticələnib.

Qeyd edək ki, anası Dünyaxanım Cəfərova ilə yaşayan Kamran evin tək övladı olub və nişanlı idi.

Bənzər yazılar

0.14199590682983