Azərbaycan hərbçiləri Moskvada keçiriləcək 9 May paradında iştirak edəcəklər

 11-04-2025

"Azərbaycanın hərbi qulluqçuları Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda iştirak edəcəklər".

MillətinSəsi.İnfo TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev deyib.

Onun sözlərinə görə, azərbaycanlı hərbçilər 80 nəfərlik heyətlə iştirak edəcəklər: "Onlar yaxın zamanda repetisiya üçün Moskvaya gələcəklər. Bu bizim ümumi tariximizdir, ümumi Qələbəmizdir".

Səfir Azərbaycan tərəfi Moskvanın Bakıda "Rusiya Evi" ətrafındakı vəziyyətin nizamlanması üzrə göndərdiyi təklifləri öyrənib-öyrənməməsi ilə bağlı sualı cavablandırarkən bildirib: "Azərbaycan və Rusiya arasında Bakıda "Rus Evi" ətrafındakı vəziyyətin nizamlanması üzrə dialoq davam edir.

Ötən gün Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi cənab Xələfovun işgüzar səfəri başa çatdı, Rusiya tərəfi bu məsələni qarşımızda qaldırdı. Biz öz mövqeyimizi ifadə edərək qarşı tərəfə çatdırdıq ki, bütün bu təşəbbüslər, bütün bu layihələr milli qanunvericiliyə, tərəflər arasında imzalanmış sazişlərə ciddi şəkildə uyğun həyata keçirilməlidir, yeri gəlmişkən bizim belə bir sazişimiz var. Buna görə də bəli, təklif var, cavab mövqeyimiz var. Amma ən başlıcası odur ki, dialoq davam edir. Bu, çox mühümdür".

Bənzər yazılar

0.061997890472412