Yevlaxda şagirdin məktəbdə polis tərəfindən döyülməsi ARAŞDIRILIR

 22-09-2022

Yevlaxda şagird məktəbdə döyülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Reginal qrupundan Lent.az-a verilən məlumata görə, Yevlax rayonunda yaşayan bir nəfər rayon Polis Şöbəsinə müraciət edərək azyaşlı oğlunun sinif yoldaşı tərəfindən döyülməsi barədə müraciət edib. Rayon sakini olan qarşı tərəf də azyaşlı övladının həmin uşağın polis əməkdaşı olan valideyni tərəfindən döyülməsi barədə müraciət edib. 

Qeyd edilən müraciətlərlə əlaqədar müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Araşdırmaların yekunu barədə əlavə məlumat veriləcək.

Bundan başqa, Yevlax rayon Prokurorluğunda polisin azyaşlını döyməsi barədə məlumat araşdırılır. Lent.az-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. ki, Yevlax şəhəri S. Əliyev adına 1 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Emil Əliyevə (şərti ad və soyad) Yevlax rayon Polis Şöbəsinin təhqiqatçısı, polis kapitanı Vüsal Hüseynovun xidmətdən kənar vaxtda fiziki zorakılıq hərəkətlərinin etməsi faktı ilə bağlı Yevlax rayon Prokurorluğunda araşdırma başlanılıb.

Bənzər yazılar

0.14381408691406