Rusiyada “Qarabağ və Krasnodar Ermənistandır” deyən idmançı həbs edildi

 27-03-2025

Krasnodarın Leninski rayon məhkəməsi bloger və pauerliftinq üzrə dünya çempionu Vladimir Vanyan barəsində həbs qətimkan tədbiri seçib.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Krasnodar diyarı məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Vanyan martın 24-də “YouTube”da canlı yayım zamanı bir neçə sərt açıqlamalar verib. Bloger dəfələrlə ölkənin Federal Təhlükəsizlik Xidmətinin ünvanına nalayiq ifadələr işlədib və kamera qarşısında silah yelləyib.

Bundan başqa, Vanyan müharibə iştirakçılarını bir neçə dəfə təhqir edib:

“Nə XHƏ? (xüsusi hərbi əməliyyat - red.) Burada hər gün kəbab, konyak və viski var. Qarabağ Ermənistandır. Krasnodar da həmçinin”.

Bloger polisə tabe olmadığı üçün 13 sutka həbs edilib. Həmin şəxs həmçinin xırda xuliqanlıqda və Rusiya Silahlı Qüvvələrini nüfuzdan salmaqda ittiham olunub.

Bənzər yazılar

0.068413019180298