"İrəvandan "yeraz"lara salam deyirəm" – Azərbaycanda müəllim işləyən türkiyəli gənc

 26-03-2025
Azərbaycanda yaşayan və burada riyaziyyat müəllimi kimi çalışan Ogün Özdemir adlı Türkiyə vətəndaşının Ermənistanın paytaxtı İrəvanda çəkdiyi video sosial şəbəkələrdə maraqla qarşılanıb.
 
Yeniavaz.com xəbər verir ki, Ogün Özdemir Türkiyə vətəndaşı olduğu üçün Ermənistana səfər etməsində heç bir problem olmayıb.
 
Ogün Özdemir paylaşdığı videoda bildirib ki, İrəvandan bütün türk dünyasının Novruz Bayramını təbrik edir. O, qeyd edib ki, Azərbaycanın qədim torpağından azərbaycanlılara, xüsusən də "yeraz"lara (əslən Qərbi Azərbaycandan olan insanlar nəzərdə tutulur - red.) salam deyir. 
 
Azərbaycanda riyaziyyat müəllimi kimi fəaliyyət göstərən Ogün Özdemirin İrəvanda çəkdiyi videonu təqdim edirik.
 
 

Bənzər yazılar

0.069656133651733