Kevin Dürant Lebron Ceymsin uğurunu təkrarladı

 23-03-2025

36 yaşlı ulduz oyunçu və iki dəfə Milli Basketbol Assosiasiyasının (NBA) çempionu Kevin Dürant "Finiks Sanz" klubu üçün forvard mövqeyində çıxış edərək, 40 yaşlı "Los-Anceles Leykers" forvardı Lebron Ceymsin uğurunu təkrarlayıb.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, Dürant liqanın tarixində hər komandaya qarşı 40+ xal toplayan ikinci oyunçu olub.

O, bu nailiyyətə "Klivlend Kavalers" ilə oyundan sonra (123:112) nail olub. Bu oyun zamanı Kevin 42 xal toplayıb.

Əfsanəvi Kobi Brayant da NBA-də hər komandaya qarşı 40+ xal toplamışdı, lakin bütün karyerasını "Los-Anceles Leykers"də keçirdiyi üçün "Leykers"ə qarşı oynamamışdı.

Bənzər yazılar

0.064372062683105