Hakan Çalhanoğlu UEFA Çempionlar Liqasında ən çox qol vuran türk oldu

 12-03-2025

Türkiyə millisinin və "İnter"in futbolçusu Hakan Çalhanoğlu unikal nailiyyətə imza atıb.

Milletinsesi.info xəbər verir ki, o bunu ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsinin "Feyenoord"la matçında (2:1, ilk oyun - 2:0) fərqlənməklə bacarıb. O, 51-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Nəticədə 31 yaşlı yarımmüdafiəçi Çempionlar Liqasında bənzərsiz uğur qazanıb. Belə ki, Hakan ÇL-də 10-dan çox qol vuran və 10-dan çox məhsuldar ötürmə edən ilk türk futbolçu olub.

Qeyd edək ki, "İnter" Çempionlar Liqasının 1/4 finalında "Bavariya" ilə qarşılaşacaq.

Bənzər yazılar

0.063359975814819