Səs yazısı yayılan direktor işdən çıxarıldı

 03-03-2025

Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb. 

Bu barədə “Qafqazinfo”ya Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyindən bildirilib.

Araşdırma nəticəsində fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil müəsissəsinin direktoru vəzifəsindən azad edilib. 

Qeyd edək ki, yayılan səs yazısına əsasən belə məlum olur ki, direktor müəllimlərin ona ad günündə aldığı 600 manatlıq hədiyyəni özünə yaraşdırmadığı üçün müəllimləri təhqir edib.. O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. Bütün bunlar yayılan səs yazısında əks olunub.

O, müəllimlərə “Mənə dilənçi payı lazım deyil” deyə irad bildirib. 1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən bu vəzifədə çalışır. 

 

 
 
 

Bənzər yazılar

0.074044942855835