Premyer Liqada 15 yaşlı REKORDÇU: “Arsenal” qələbə QAZANIB

 18-09-2022

İngiltərə Premyer Liqasında 8-ci turun oyunlarına yekun vurulub.

MillətinSəsi.info xəbər verir ki, bu gün daha 2 qarşılaşma keçirilib.

Səfərdə “Brentford”la qarşılaşan “Arsenal” 3:0 hesablı qələbə qazanıb. “Everton” isə evdə “Vest Hem”i məğlub edib - 1:0. 

“Arsenal”ın 15 yaşlı futbolçusu İtan Nvaneri İngiltərə Premyer Liqasında yeni rekordun sahibinə çevrilib.

Nvaneri səfərdə 3:0 hesablı qələbəyə sevindikləri matçın 92+2-ci dəqiqəsində meydana buraxılıb. Hücumameyilli futbolçu buna 15 yaş 181 günlüyündə nail olub.

Premyer Liqada bundan əvvəlki rekord “Liverpul”un futbolçusu Harvi Elliota məxsus idi. O, 16 yaş 30 günlüyündə Premyer Liqada debüt etmişdi.

“Brentford” – “Arsenal” - 0:3

Qollar: Saliba, 17. Q.Jezus, 28. Vieyra, 49.

“Everton” – “Vest Hem” - 1:0
Qol: Maupay, 53

Xallarını 18-ə çatdıran "Arsenal" yenidən liderliyə yüksəlib. "Mançester Yunayted" 17 xalla 2-cidir. 3-cü pillədə olan "Tottenhem"in də 17 xalı var.

 

Bənzər yazılar

0.21954298019409