Toyu olacaqdı, şəhid xəbəri gəldi, nişanlısının ayaqları TUTULUB

 17-09-2022

Bu gün daha iki şəhidimizin adı açıqlanıb. Onlardan biri Nəcəfzadə Hüseyn Abbasqulu oğludur.

Lent.az xəbər verir ki, həmin şəhid nişanlı olub. Kəlbəcərdə şəhid olan leytenant Hüseyn Nəcəfzadənin oktyabrın 11-də toyu olacaqdı, amma olmadı.

O, nişanlı idi, hətta nikahı da olmuşdu. Atası toy üçün şadlıq sarayı danışıb qayıdanda oğlunun şəhid xəbərini eşidib. Nişanlısı isə bu xəbəri alanda ayaqları tutulub.

O, bu gün doğulduğu Saray qəsəbəsində dəfn ediləcək. 

 

Bənzər yazılar

0.1436710357666