Şəhid Nicat Qarazadə DƏFN EDİLİB

 17-09-2022

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan əsgər 2002-ci il təvəllüdlü Qarazadə Nicat Malik oğlunun nəşi Bakıya gətirilib. 

Oxu.az xəbər verir ki, şəhid Nicat Qarazadə ilə vida mərasimi Abşeron rayonunda yaşadığı evdə keçirilib.

Daha sonra şəhid II Fəxri Xiyabana gətirilib və torpağa tapşırılıb.

Xatırladaq ki, Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata əsasən, Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən şəhid olan hərbi qulluqçuların sayı 79 nəfərdir.


Bənzər yazılar

0.46936511993408