"Yanvarın 29-da keçirilən seçkidə 685 bələdiyyəyə 8 071 üzvü seçilib".
MillətinSəsi.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bələdiyyə seçkisinin yekunlarına həsr olunan iclasda deyib.
O bildirib ki, müraciətlərin hamısına baxılıb: "Bununla bağlı Apellyasiya Məhkəməsinə də şikayətlər edilib. Həmin şikayətlərə də baxılıb. Biz son olaraq məhkəmələri də yoxlamışıq və məhkəmələrdə baxılmamış şikayət qalmayıb".
Sonda Mərkəzi Seçki Komissiyası (MSK) yanvarın 29-da keçirilmiş bələdiyyə seçkisinin yekun protokolunu təsdiqləyib.
Protokolu komissiyanın bütün üzvləri imzalayıb.
Xatırladaq ki, dərsvermə hüququna malik 5 961 625 nəfərdən 1 874 810 seçici səs verib. Seçki fəallığı 31.45 faiz olub.
Prosesdə 16 min 96 namizəd mübarizə aparıb və onlardan 8 504 nəfəri 24 siyasi partiyanı təmsil edib.
Qeyd edək ki, yanvarın 29-da keçirilmiş bələdiyyə seçkisində 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31.45% olub.