Elnur Bağırova yüksək VƏZİFƏ VERİLDİ

 13-02-2025

Elnur Şəmistan oğlu Bağırov Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri təyin edilib.

MillətinSəsi.Info President.az-a istinadla xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Elnur Bağırovun dosyesini təqdim edirik:

Elnur Bağırov 1973-cü ildə Bakı şəhərində anadan olub.

1991-1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil alıb.

Əmək fəaliyyətinə 1995-ci ildə başlayıb və 2000-ci ilədək maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışıb.

2021-ci ildən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

Ailəlidir, 2 övladı var.

Bənzər yazılar

0.060205936431885