“Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”
Ümummilli lider Heydər Əliyev
Azərbaycan gəncliyinin dünəni və bugünün müqayisəsində qərara alınmış sərəncam və qanunların, dövlət siyasətinin inkişafa doğru apardığı siyasətin nəticəsi zəminində güclü dəyişikliyin aydın şəkildə sezildiyi görünür.
Bugünkü gəncliyin inkişafı və dünya siyasətində, elmində, mədəniyyət və idmanında uğurlar əldə edilməsi Ümummilli liderimiz Heydər Əliyevin güclü siyasətinin və gənclərə verdiyi dəyərin bariz nümunəsidir.
Hazırda da gənclərə olan diqqət və qayğı, gənclərlə bağlı verilmiş qərar və sərəncam Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ümummilli liderimiz Heydər Əliyev bugünkü gəncliyimizin hər sahədə Avropa ölkələrində təhsil alması və ümumdünya olimpiadalarında, rəsm, idman, musiqi və digər sahələr üzrə təşkil edilmiş yarışlarda iştirakını asanlaşdırmaq və təmin etmək, bütün bu işlərin və gənc nəslin nizamlı şəkildə yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılması ilə nail oldu.
Yaradılmış Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı.
1996-cı il yanvarın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən bütün bu inkişafın nizamlanıb sistemə salınması üçün fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi müəyyənləşdirildi.
Forumun nəticəsi olaraq dövlət siyasətində gənclərə diqqət və qayğının daha da artırılmasına, ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirilməsinə, gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına şərait oldu.
Təşkil edilmiş forumdan bir il sonra, 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başaladı. Ulu Öndər tərəfindən əsası qoyulan dövlət gənclər siyasətinin əsas göstəriciləri ondan ibarətdir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsilin rəhbər vəzifələrdə çalışmalarıdır.
Bu gün də gənclərə verilən üstünlük Prezident İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyini göstərən göstəricisidir. Aldığı hər bir qərarları ilə yüksək təhsilli və dünya görüşlü gənclərin seçilməsi bu siyasətin layiqlə davam etdirilməsinin təsdiqidir.
Prezidentin 2007-ci il aprelin 16-sında verdiyi Sərəncama əsasən alınmış "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı" qərarına əsasən bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıldı.
Məhz bunun sayəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında dövlət hesabına təhsil alır və vətənə dönərək dövlət idarələrində işlə təmin edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə verdiyi digər yüksək qiymət isə 2007-ci ilin ölkədə “Gənclər ili” elan olunmasıdır. Gənclərlə bağlı digər siyasətlərindən biri isə Prezident İlham Əliyevinin respublikamızda çoxlu sayda Olimpiya İdman Komplekslərinin fəaliyyət göstərməsi, ölkəmizin nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi, idmançılarımızın Olimpiya və dünya çempionatlarında uğurlu çıxışları buna əyani sübutdur.
Məhz bu görülən işlərin nəticəsidir ki, gənc idmançılarımız "Rio-2016" XXXI Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq 14-cü yerdə qərarlaşması bu sahəyə göstərilən diqqət və qayğının olduqca yüksək olmasının göstəricisidir.
Həmçinin gənc idmançılarımızın "Bakı-2015" I Avropa Oyunlarında ikinci yerdə qərarlaşsalarda sonrakı "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarında birinci yeri əldə etmələri bütün bu siyasətin və gənclərə göstərilən etimadın doğru istiqamət olduğunun əyani sübutudur.
Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, Azərbaycan gəncləri cəmiyyətin inkişafında, sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə uğur qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.
Günel Hümmətova (Pəniyeva) Saleh qızı
ADPU-nun Filologiya fakültəsi, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru