ABŞ Kanada, Meksika və Çindən idxal mallara rüsum tətbiq edir

 01-02-2025

ABŞ Kanada və Meksikadan idxal olan mallara 25%, Çindən gətiriləcək mallara isə 10% ticarət rüsumu tətbiq edəcək.

Milletinsesi.info-ın verdiyi məlumata görə, bu barədə prezidentin mətbuat katibi Kerolin Levitt bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bu barədə fevralın 1-də fərman imzalamalıdır.

Qeyd edək ki, Donald Tramp yanvarın 31-də jurnalistlərlə söhbətində Kanadadan gələn neft üçün ilkin planlaşdırılan 25% əvəzinə 10% rüsum şəklində istisna edilə biləcəyini bildirib.

ABŞ prezidenti, həmçinin fevralın 18-də qüvvəyə minə biləcək neft və metallar da daxil olmaqla geniş çeşiddə idxal mallarına rüsumlar tətbiq olunacağını elan edib.

ABŞ Kanada, Meksika və Çindən idxal mallara rüsum tətbiq edir

Bənzər yazılar

0.068125009536743