Ermənistan Rusiya hərbçilərini sərhəd mühafizəsindən kənarlaşdıracaq?

 31-01-2025

"İran və Türkiyə sərhədlərində erməni və rusiyalı sərhədçilərin birgə xidməti tərəflərin siyasi iradəsi olduğu müddətcə davam edəcək".

MillətinSəsi.info-ın TASS-a istinadən məlumatına görə, bu barədə Ermənistan baş naziri Nikol Paşinyan bəyan edib.

"Ölkə öz sərhədlərinin təhlükəsizliyini təmin etməlidir. Lakin bu o demək deyil ki, bunu başqalarının köməyi ilə etmək olmaz. İran və Türkiyə sərhədləri ilə bağlı biz müəyyən birgə xidmət həyata keçiririk. "Zvartnots" hava limanında biz 100% müstəqil xidmət göstəririk, Rusiya tərəfinə köməyə görə minnətdarıq. Ermənistan-İran sərhəd-keçid məntəqəsində biz 100% özümüz xidmət göstəririk. Sərhəd qoşunlarımız İranla sərhəddə xidmətə başlayıb. Bu, tərəflərin siyasi iradəsi məsələsidir. Bu siyasi iradə əməkdaşlıq etmək üçün olduğu müddətcə əməkdaşlıq edəcəyik. Gələcəkdə birgə xidmətin genişləndirilməsini istisna etmirəm", - deyə hökumət başçısı bildirib.

2024-cü ilin oktyabrında Paşinyanın Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşündən sonra İrəvanda bildirilib ki, əldə edilmiş razılaşmaya əsasən, erməni sərhədçilər yanvarın 1-dən rusiyalı həmkarları ilə birlikdə respublikanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsində iştirak edəcəklər.

"Ermənistan regionda kommunikasiyaların açılması prosesi çərçivəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında Ermənistanın Mehri şəhəri vasitəsilə yük daşımaları üçün dəmir yolu əlaqəsi qurmağı təklif edib. Biz yükdaşımalardan başlayacağıq, atmosfer daha münasib olduqda sərnişindaşımaları barədə də düşünəcəyik. Biz bu təklifi etmişik və müsbət cavab gözləyirik", - deyə o bildirib.

O əlavə edib ki, təklifin niyə rədd edilməli olduğunu təsəvvür etmir.

Baş nazir dövlət atributunun mətninin ölüm səhnəsinin təsviri ilə bitməsinə etiraz edib və ölkə himninin bəndlərinin sırasını dəyişdirməyi təklif edib.

"Himnin mətnində heç nə dəyişmir, təklif son və ikinci bəndlərin yerini dəyişdirməkdən ibarətdir. Himnimiz "Qoy Ermənistan həmişə şərəfli olsun" sözləri ilə bitsin. İndi ölüm səhnəsinin təsviri ilə bitir və biz buna əl çalırıq", - deyə o qeyd edib.

Paşinyanın sözlərinə görə, himnin bitməsindən sonra alqışlar bütün ölkələrdə, dövlət səviyyəsində ümumi qəbul edilmiş haldır. Buna görə də, baş nazirin fikrincə, insanlar faciəvi itkilər səhnəsindən sonra əl çalmamalıdırlar.

Bənzər yazılar

0.065944910049438