Dünya çempionatı: Azərbaycanın dörd sərbəst güləşçisi bu gün mübarizəyə BAŞLAYIR

 15-09-2022

Azərbaycanın dörd sərbəst güləşçisi bu gün Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

“Report”un məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən Coşqun Əzimov təsnifat mərhələsində Temulen Enktuya (Monqolustan) ilə üz-üzə gələcək.

79 kq-dakı Əşrəf Aşırov 1/16 finalda Erik Reinbokla (Estoniya) görüşəcək. 86 kq-dakı Abubakr Abakarov təsnifat mərhələsində Həsən Zəkəriyevlə (Ukrayna), 125 kq-dakı Aydın Əhmədov eyni raundda Den Çjiveylə (Çin) qarşılaşacaq.

Bu gün həmçinin qadın güləşçi, 57 kq-da mübarizə aparan Jalə Əliyeva bürünc medal uğrunda görüşdə Georgieva Nikolova (Bolqarıstan) - Alina Akobia (Ukrayna) cütünün qalibi ilə görüşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıblar. Yığma yekunda 118 xalla komanda hesabında ikinci yeri tutub.

Bənzər yazılar

0.2093870639801