Sentyabrın 12 de Ermeni təxribatı nəticəsində şəhid olan Zərdab rayon Kəndəbil kənd sakini kiçik gizir Rüstəmov Fərid Nofəl oğlu bu gün doğulduğu Kəndəbil kəndində dəfn olundu.
Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzade, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, dövlət sərhəd qoşununun baş idarə rəisi general-mayor Azər İbrahimov və rayon ictimaiyyəti iştirak ediblər.
Qeyd edək ki, şəhid Fərid Rüstəmov 44 günlük müharibədə qəhrəmanlıq göstərən hərbçilərimizdəndir. Ailəli idi, iki az yaşlı övladı var.