Dördqat Olimpiya çempionu reanimasiyaya düşüb

 15-12-2024

Sovet və Rusiya xizəkçisi, dördqat Olimpiya, 7 qat dünya çempionu Raisa Smetanina insult keçirib və reanimasiyadadır.

"Ölkə.az" xəbər verir ki, bu barədə Komi Respublikasının (Rusiya) Xizək Yarışları Federasiyasının rəhbəri Konstantin Sobyanin məlumat verib.

"O, təxminən bir həftə əvvəl insult keçirib, indi o, xəstəxanada reanimasiyadadır. Başqa məlumatım yoxdur, həkimlər heç nə demirlər", - deyə Sobyanin bildirib.

Qeyd edək ki, Smetaninanın 72 yaşı var.

Bənzər yazılar

0.11536502838135