Putin Paşinyanla görüşdən imtina etdi

 13-12-2024

Rusiya Prezidenti Vladimir Putinin Moskvaya səfər gələn Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü qrafikə daxil edilməyib.

Ölkə.Az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinin Paşinyanla görüşü nəzərdə tutulmayıb. 

Peskov əlavə edib ki, prezident Putin Nikol Paşinyanı dekabrın sonunda Sankt-Peterburqda keçiriləcək MDB ölkələri liderlərinin görüşünə dəvət edib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasında iştirak etmək üçün Moskvada səfərdədir.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.11629986763