Rusiya Belarusu işğal etməyib.
Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Çoxları hay-küy salır: Budur, Rusiya buranı işğal edib. Dinləyin, heç kim işğal etməyib. Onların (Rusiya) yardımına görə, minnətdarıq”, - deyə o bildirib.
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Belarusa “İsgəndər” operativ-taktiki kompleksləri verdiyini xatırladıb və qeyd edib ki, hər iki ölkənin ümumi vətəni var.
“Belarusda nüvə silahı var. Mən buraya nüvə başlıqları gətirmişəm. Həm də bir deyil, onlarla”, - deyə Belarus lideri Rusiyanın nüvə silahı olmayan, lakin böyük gücə malik olan “Oreşnik” raket kompleksinin Belarusda yerləşdirilməsi planları ilə bağlı suala cavab verərkən bildirib.
Belarus Prezidenti bu cür bəyanatları zarafat hesab edən rəqiblərinin bu anı “görmədiklərini” və “qaçırdıqlarını” qeyd edib.
“Nüvə silahından istifadə etmək böyük məsuliyyətdir. Ən azı Xirosima və Naqasakidən sonra hələ heç kim nüvə silahı düyməsinə basmayıb. Mən bütün düşmənlərimə, “dostlarıma” və rəqiblərimə xəbərdarlıq etdim: əgər dövlət sərhədi xəttinə addım atsanız, cavab dərhal olacaq. Mən artıq baxmayacağam, bu nüvə silahıdır, yoxsa başqa bir şey”.
O, həmçinin qeyd edib ki, ölkədə “Oreşnik” kompleksinin yerləşdirilməsi üçün 30-a yaxın meydança var.