Son günlər baş verən hadisələr göstərir ki, kollektiv Qərb Rusiyanın Ukrayna ilə müharibədə dönüşə nail olmaq cəhdlərinə cavab olaraq tutarlı əks-arqumentlərə malikdir.
Bu barədə "Calibler"in "YouTube" səhifəsində yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, Rusiyanın "Oreşnik" ballistik raketilə zərbəsi və Rusiya qoşunlarının Ukraynada irəliləməsi Qərb tərəfindən digər istiqamətlərdə qarşılanır. Bunlardan ən mühümü NATO ölkələrinin Kalininqradın Rusiyanın qalan hissəsi ilə əlaqəsini və ümumilikdə Rusiyanın Baltik dənizinə çıxışını məhdudlaşdırmaqdır. Eyni zamanda, təkcə Baltikyanı istiqamətində deyil, beynəlxalq kommunikasiyalarda təxribatlar da mümkündür.
Vurğulanır ki, Şərqi Avropada mümkün dünya müharibəsinin ocağı böyüməkdə davam edir. Rusiyanın Ukraynaya ləng hücumu fonunda kollektiv Qərb məsələyə daha geniş şəkildə baxır və diqqətini Kiyevə kömək üzərində cəmləmək fikrində deyil.
Daha ətraflı "Caliber"in yeni süjetində: