Tiflisdəki mitinqlərdəki iğtişaşların iştirakçıları əvvəlcədən hazırlıq keçib.
Ölkə.az report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze bildirib.
“Sadə təhlil açıq şəkildə göstərir ki, təhrikçilər və zorakılığın icraçıları cəzasızlıq hissi ilə hərəkət ediblər”, - Daraxvelidze deyib.
Qeyd edək ki, Gürcüstanda hökumət əleyhinə nümayişlərin növbəti dalğası noyabrın 28-də başlayıb. Aksiyaya səbəb Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin bəyanatı olub. O bildirib ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası 2028-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə danışıqlar məsələsini gündəmə gətirməmək və cəmiyyətdən bütün büdcə qrantlarından imtina etmək qərarına gəlib.