Türkiyədə "Santa Klaus"un məzarı olması ehtimal edilən sərdabə aşkarlanıb.
Ölkə.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Türkiyə Today" məlumat yayıb.
Arxeoloqlar Antalyada Müqəddəs Nikolay kilsəsində qazıntılar zamanı sarkofaq tapıblar. Ehtimal edilir ki, burada müasir "Santa Klaus"un prototipi olan Müqəddəs Nikolayın özünün qalıqları basdırılıb.
Hatay Mustafa Kamal Universitetindən dosent Ebru Fatma Fındık bildirib ki, "Ən böyük ümidimiz sarkofaqın üzərində kitabə tapmaqdır. Bu, sərdabənin məzmununu aydınlaşdırmağa və onun hansı dövrə aid olduğunu dəqiq müəyyən etməyə imkan verərdi".
Məlumata görə, kilsədə qazıntılar 1989-cu ildən bəri davam edir.