Tramp sülh danışıqlarına bu tarixdə başlayacaq - Fesenko

 08-12-2024

Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı sülh danışıqları yanvarın 20-də, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimi günü başlaya bilər.

"Ölkə.az" xəbər verir ki, bunu ukraynalı politoloq Vladimir Fesenko deyib.

“Hər şeyin çox tez baş verəcəyinə dair bir çox fərziyyələr var idi - xüsusən də seçkilərdən sonra Trampın komandası hətta onun andiçmə mərasimindən əvvəl də müharibəni dayandırmaq niyyətini açıqlamışdı. Ancaq tez bir zamanda aydın oldu ki, bu, mümkün deyil. Əsas məsələ odur ki, Trampın komandası hələ də ümumi yanaşma barədə razılığa gəlməyib. Xüsusilə, vahid sülh planı yoxdur, müəyyən fikir ayrılıqları var”, - Fesenko bildirib.(axar.az)

Bənzər yazılar

0.10045313835144