Suriya rejiminin dağılması davam edir. Əgər rejim çökərsə, bu, Rusiyanın Suriya siyasətinin, o cümlədən bütövlükdə Yaxın Şərqdə strateji çöküşü olacaq.
"Ölkə.az" xəbər verir ki, bunu israilli ekspert David Şarp deyib.
Şarp bunun Ukrayna üçün yaxşı nəticələri olmayacağını bildirib:
“Burada maraqlı bir məqam var. Rusiyanın indi reputasiya və strateji cəhətdən əziyyət çəkdiyi itkilər göz qabağındadır. Amma bütün bunlar Rusiya üçün tez başa çatarsa, deməli, artıq Suriyada heç bir resursdan istifadə edə bilməyəcək və bütün resurslar Ukraynaya yönəldiləcək”.