Almaniyanın Kansleri vəzifəsinə QADIN NAMİZƏD

 08-12-2024

İfrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyası fevralın 23-də keçiriləcək parlament seçkilərinə hazırlıq çərçivəsində ilk dəfə olaraq Kansler vəzifəsinə namizədini müəyyənləşdirib.

"Ölkə.az" xəbər verir ki, AfD-nin həmsədri, 45 yaşlı Alis Vaydelin partiyanın idarə heyəti tərəfindən Kansler vəzifəsinə namizədliyi yekdilliklə qəbul olunan qərarla irəli sürülüb. A.Vaydel və digər həmsədr Tino Krupalla qərarı dekabrın 7-də AfD-nin ofisində keçirilən mətbuat konfransında elan ediblər.

Ölkədə aparılan son rəy sorğuları nəticəsində AfD-nin reytinqi 19 faiz olaraq dəyərləndirilir. AfD ancaq 32 faiz reytinqə malik Birlik (CDU-CSU) partiyalarından geri qalır. A.Vaydel Kansler vəzifəsinə namizədliyini məhz bu göstərici ilə əsaslandıraraq bildirib: “Biz ölkənin ikinci ən böyük qüvvəsiyik, hökumətə iddiamız məhz bundan irəli gəlir”.

Lakin buna baxmayaraq, A.Vaydelin hökumət başçısı olmaq şansı yoxdur. Çünki bütün digər partiyalar AfD ilə əməkdaşlıqdan imtina edir.

Bənzər yazılar

0.11219191551208