Ursula fon der Leyenə qarşı məhkəmə prosesinə qoşuldular

 08-12-2024

Avropa İttifaqı (Aİ) ölkələrinin mindən çox vətəndaşı pandemiya zamanı COVID-19 peyvəndlərinin mümkün pozuntularına görə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə qarşı məhkəmə prosesinə qoşulub.

“Ölkə.az” xəbər verir ki, bunu prosesin təşəbbüskarı, belçikalı fəal Frederik Baldan media nümayəndələri ilə görüşündə deyib.

O, mindən çox iddiaçının olduğunu söyləyib. Fəalın sözlərinə görə, vətəndaşlar arasında qeyri-hökumət təşkilatlarının və peşə birliklərin üzvləri, həmçinin Macarıstan və Polşanın rəsmi nümayəndələri də var.

F.Baldanın sözlərinə görə, təsdiqlənmiş vaksinlərin pandemiyaya qarşı effektiv olması üçün kifayət qədər sınaqdan keçirilmədiyi barədə məlumat var: “Buna baxmayaraq, hökumət sərt məhdudiyyətlər və məcburi peyvənd tətbiq edib. Avropa Komissiyası vətəndaşların hüquqlarını pozub".

Qeyd edək ki, U.Lyayen sınaqları tamamlanmamış COVID-19 peyvəndlərinin alınmasına dair müqavilə bağlamaqda ittiham olunur. Qərar onun Pfizer rəhbəri ilə SMS yazışmasından sonra Aİ ölkələrinin əvvəlcədən razılığı olmadan qəbul edilib. Nəticədə Aİ büdcəsindən 35,8 milyard avro xərclənib.

Bənzər yazılar

0.11613512039185