Öcalanın yetişdirdiyi terrorçu öldürüldü

 07-12-2024

Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın Süleymaniye bölgəsində yeni əməliyyat keçirib.

"Ölkə.az" xəbər verir ki, əməliyyat nəticəsində PKK terror təşkilatının "qadın qolu" sayılan PAJK-də "rəhbər" vəzifə tutan Mürvet Gülsever öldürülüb.

"Jiyan Herdem" kod adlı terrorçunun 1992-ci ildən təşkilatla əməkdaşlıq etdiyi bildirilir.

Məlumata görə, o, PKK lideri Abdullah Öcalandan silahla davranma və ideoloji təlimlər alıb.(Haber Global)

Bənzər yazılar

0.1104850769043